03 
Fev
2022
19:35
495

Gürcüstanda 2020-2021-ci illərdə koronavirusdan ölənlərin yaşları açıqlanıb

Gürcüstanda 2020-2021-ci illərdə koronavirusdan ölənlərin 52%-i qadınlar, 48%-i isə kişilərdir. 

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin 2020-2021-ci illər üzrə hesabatında deyilir.

Ölənlərin yaş bölgüsünə gəlincə, ən yüksək ölüm göstəricisi - 31,7%- 80 yaşdan yuxarı şəxslərin, 0-9 yaşlı uşaqlarda isə 0,1% təşkil edir.

Digər yaş kateqoriyaları üzrə ölüm nisbətinin bölgüsü belədir: 
80 yaşdan yuxarı - 31,7%; 
70-79 yaş - 29,3%; 
60-69 yaş - 24,8%; 
50-59 yaş - 10%; 
40-49 yaş - 2,9%; 
30-39 yaş - 1%; 
20-29 yaş - 0,3%; 
10-19 yaş - 0,1%;
 0-9 - 0,1%.

Bununla belə, ən yüksək gündəlik ölüm nisbəti 2021-ci ilin noyabrında 68,2% ilə qeydə alınıb.

Hesabatda digər xəstəliklərdən də bəhs edilir və dünyasını dəyişən xəstələrin 50,2%-nin müxtəlif müşayiət olunan xroniki xəstəlikləri, o cümlədən 57%-nin ürək-damar xəstəlikləri və hipertoniya, 25,9%-nin şəkərli diabet və 5,6%-nin onkoloji xəstəliklər olduğu bildirilir.

Məlumata görə, bütün ölümcül hallarda xəstəliyin gedişi ağır və ya kritik olub və 81,1% hallarda xəstəlik pnevmoniya ilə ağırlaşıb. Ölən xəstələrin 29,1 faizində tənəffüs çatışmazlığı sindromu, 20,7 faizində isə ürək çatışmazlığı müşahidə olunub.

Bizimlə əlaqə saxlayın