03 
Fev
2022
18:18
1164

Əhməd İmamquliyev: "Marneuli Ədliyyə Evində yaşanan hadisə şəxsi maraqlara xidmət edir"

"Ədliyyə evində yaşanan hadisə Azərbaycan millətinə göstərilən düşmənçiliyi bir növüdür."

Bu sözləri InterPress.ge-yə Avropalı Gürcüstan partiyasının Marneuli üzrə qərərgah sədri Əhməd İmamquliyev ötən gün ədliyyə evində olan hadisəyə münasibət bildirərkən deyib.

"Gürcüstanda və xüsusən də Marneuli rayonunda - azərbaycanlıların çoxluq təşkil etdiyi məntəqədə çox rastlaşırıq ki, azərbaycanlılarla işğalçı düşmənin dili olan rus dilində danışırlar. Rusiya Gürcüstanın 25% torpağını mənimsəyib. Dövlət nümayəndələri düşmənin dilində-  rus dilində özlərinə rəva bilib danışanlar, lakin Gürcüstan dövlətinin azərbaycanlı vətəndaşlarının dilində danışmırlar. Bu azərbaycanlılara düşmənçiliyin bir növüdür. Xüsusən də InterPress.ge saytında oxuduğum yazıya görə, operator bildirib ki, ingilis dili kimi rus dilidə rəsmi dildir. Bu qətiyyən səhvdir. Mən Avropalı Gürcüstan partiyası adınnan deyirəm ki, biz bu məsələ ilə bağlı ciddi addımlar atacağıq. Gürcüstanda hərkəsin haqqı və hüququ qorunmalıdır. Mən belə düşünürəm ki, orada yaşanan hadisə dövlət maraqlarına deyil də, şəxsi maraqlara xidmət edir".- Əhməd İmamquliyev.

Bizimlə əlaqə saxlayın