03 
Fev
2022
18:06
1127

Mirtağı Əsədov Marneuli Ədliyyə evində baş verənlərə münasibət bildirdi: "Bu tamamilə diskriminasiyadır"

"Dünən ədliyyə evində yaşanan hadisə diskriminasiya və ayrıseçkiliyin göstəricisidir"

Bu sözləri InterPress.ge-yə Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtəqi Əsədov ötən gün ədliyyə evində yaşanan problem ilə bağlı deyib. 

"Hadisə ilə bağlı onu deyə bilərəm ki, bu yaxşı hal deyil, çünki bu regionda yaşayan xalqın çoxu azərbaycanlı olduğu üçün gərək dövlət qurumları bunu nəzərə alsınlar. Dövlət dilini hərkəs bilmir və buna görə də istifadəçilərin dilini bilən işçilər işə götürməlidirlər ki, gələn vətəndaşlara o dildə cavab versinlər. Bu necə ola bilər ki, ədliyyə evinin nümayəndələri deyir ki, rus dilində və ingilis dilində xidmət olar, lakin azərbaycan dilində olmaz. Bizim bildiyimiz konstitusiyada rəsmi dilimiz gürcü dilidir. İkinci dil olaraq Abxaz dili qəbul olunub. Lakin onu da bilirik ki, beynəlxalq sənədlərdə Gürcüstan etnik azlıqların regional dil məsələlərinə öhdəlik götürüb, ancaq bu günə qədər buna əməl edilməyib. Necə ola bilər ki, rus dili dövlət dili olsun. Bu məsələdə dövlət qurumları diqqətli olmalıdır. Dili bilməyənlərə diqqət edib, onlara əməkdaşları öz ana dillərində məlumatlandırsınlar. Məlumatlandırılmasa bu məsələ həmişə də problem olacaq. Bəzən dövlət əməkdaşları vətəndaşlar arasında süni problemlər və münaqişə yaradır. Rus dili dünyada beynəlxalq dil olaraq qəbul edilsədə bizim ölkədə rəsmi dil deyil. 
İstifadəçilərə öz ana dillərində cavab verib məlumatlandırmaq heç vaxt qanuna zidd deyil. Biz çoxmillətli ölkəyik və hərkəsin dili nəzərə alınmalıdır. Dövlət əməkdaşlarının cavab olaraq deyir ki, ana dilində cavab vermək bizdə qadağandır, bu tamamilə diskriminasiyadır. Bu yolverilməzdir və qanuna ziddir.", - deyə Mirtağı Əsədov qeyd edib.

Xatırladaq ki, ötən gün Marneulinin ədliyyə evində azərbaycanlı operatorun azərbaycan dilində xidmət göstərməməsinə görə problem yaranıb. 
M.Ağayevin sözlərinə görə, o dünən COVID pasportu əldə etmək üçün Ədliyyə evinə müraciət edib. O, dövlət dili olan gürcü dilini bilmədiyindən Ədliyyə evinin etnik azərbaycanlı əməkdaşı ilə azərbaycan dilində danışmaq istəyib. Amma Ədliyyə evinin əməkdaşı M. Ağayevə rus dilində cavab verib və ona Ədliyyə evində azərbaycan dilində danışmağa icazə verilmədiyi bildirilib.

Məsələyə münasibət bildirən Ədliyyə Nazirliyi, operatorların azərbaycan dilində xidmət göstərməyə məcbur olmadıqlarını və orada gürcü, rus və ingilis dilində xidmət olduğunu bildirdilər.

Bizimlə əlaqə saxlayın