Ötən il Gürcüstan əhalisinin 19,5%-i yoxsulluq həddindən aşağı yaşayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Şəhər əhalisinin 16,4%-i, kənd əhalisinin isə 23,7%-i yoxsulluq səviyyəsindən aşağıda yaşayıb.
Qeyd edək ki, 2018-ci ildə ölkədə bu göstərici 20,1% təşkil edib.(report)
