03 
Fev
2022
14:24
268

Tbilisi meriyasının sifarişi ilə 63 bələdiyyənin ofis layihəsi hazırlanır

Tbilisi meriyasının administrasiyası heç yerə köçməyi planlaşdırmır.

lnterPress.ge xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

Bəyanata görə, yayılan məlumat yalandır və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

“İctimai maraqlar naminə biz KİV-lərin birində yayılan yalan məlumatlara cavab vermək istəyirik ki, guya Tbilisi meriyası inzibati binanın tikintisinə başlayır.

Biz tam məsuliyyətlə bildiririk ki, Tbilisi meriyasının administrasiyası heç yerə köçməyi planlaşdırmır. Yayılan məlumat yalandır və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Həmçinin, Tbilisi meriyasının sifarişi ilə 63 bələdiyyənin məlumat mərkəzi, generatorlar və ofis üçün binanın layihəsi hazırlanır.

Bina Tbilisinin Qabriel Salosi prospektində tikilməlidir, burada Bələdiyyə Xidmətlərinin İnkişafı Agentliyi, Bələdiyyə Müfəttişliyi, Tbilisi İnkişaf Fondu və Tbilisi meriyasının Mühafizə Xidməti yerləşəcək.
Yuxarıda qeyd olunan bələdiyyə qurumları hazırda müxtəlif ünvanlarda yerləşir”, - deyə meriyanın yaydığı məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər