Fevralın sonunadək yanacağın qiyməti arta bilər
Fevralın sonunadək Gürcüstanda yanacağın qiymətinin 4 lari olacağı gözlənilir. Beynəlxalq bazarda qiymət artımı neftin qiymətinin qalxması və idxalçı ölkələrin ödədiyi vergilərin yüksək olması ilə bağlıdır.
lnterPress.ge xəbər verir ki, bu barədə Neft İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bildirib.
İqtisadçılar və Facebook sosial şəbəkəsində “Yanacaq qiymətlərindən imtina” qrupunun üzvləri bu məsələ ilə bağlı Milli Məclisdə hakim komanda ilə görüş keçirib. Hökumətdən düzgün iqtisadi siyasət aparmağı, qiymətləri tənzimləməyi xahiş edirlər.
"Qiymətlər orta hesabla 3-5 tetri qalxır. İndiki mərhələdə bu həcmin yanacağın qiymətlərini artıracağını düşünürük. Gələcək proqnozlara gəlincə, vəziyyət əslində nikbin deyil. Hazırkı mərhələdə qiymət artımı qaçılmazdır”, - deyə Vano Mtvralaşvili bildirib.
Vətəndaşlar hökuməti məsuliyyətə cəlb edirlər. Facebook qrupunun yaradıcılarından biri Avtandil Molaşvili deyir ki, insanlar radikal tədbirlərə etiraz olaraq küçələrə çıxmağa hazırdırlar.


