Paata Mangqaladze: "Onun qeyri- insanı rəftara məruz qaldığına dair əsaslı sübutların olduğunu düşünürəm"
"Düşünürəm ki, Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftar edilməsinə dair sübutlar var. İşgəncənin nə dərəcədə baş verdiyini istintaq komissiyası müəyyən etməlidir".
lnterPress.ge xəbər verir ki, bu barədə "Ağmasenebeli Startegiyası" təşkilatının üzvü Paata Mangqaladze bildirib.
O qeyd edib ki, Mixail Saakaşvilinin istintaq komissiyası çərçivəsində dindirilməsində problem görmür.
“Mən üçüncü prezidentlə bağlı təhqiqat komissiyasının yaradılmasının tərəfdarıyam, çünki onun qeyri-insani rəftara məruz qaldığına dair əsaslı sübutların olduğunu düşünürəm. Bu haqda təkcə siyasətçilər, jurnalistlər danışmır, bunu Dövlət Müfəttişliyi təsis edib və ombudsman onun hüquqlarının pozulmasından danışıb. Mənim üçün bu iki qurumun verdiyi məlumatlar kifayətdir ki, komissiyaya razılıq verim. Bizə məsələnin təşəbbüskarından, o cümlədən Mixail Saakaşvilinin dəvəti, komissiyanın işi və Ağmaşenebeli Strategiyasının rolu barədə əlavə məlumat lazımdır”, - deyə Mangqaladze bildirib.


