4 Fevral, günün ikinci yarısından fevralın 6-dək Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin yayılacağı, yağış və güclü külək olacağı gözlənilir.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Administrasiyasından məlumat verilib
Məlumatda qeyd olunur ki, dağlıq ərazilərdə güclü qar, duman, qar fırtınası, uçqun təhlükəsi, yolların bəzi hissələrində buz olacağı, dənizdə 4-5 bal gücündə fırtına gözlənilir.
