Saakaşvili: "Bütün Gürcüstan həbsxanadadır"
''2004-2012-ci ilin reytinqindən dolayı həbsdəyəm, amma bütün Gürcüstan həbsxanadadır və həbsxana müdirindən başqa hamı bu həbsxanadan qaçmalıdır''.
lnterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili qeyd edib.
Saakaşvilinin sözlərinə görə, Gürcüstan onun prezidentliyi dövründə aparıcı islahatçı ölkələrdən biri olub.
“Gürcüstan 2004-2012-ci illərdə dünyada 1-ci islahatçı, Avropanın ən təhlükəsiz ölkəsi, korrupsiyaya qarşı mübarizədə beynəlxalq şəffaflıq baxımından ən sürətlə inkişaf edən ölkə olub. Reytinqdə hələ yüksək yerdəyik, amma bir az fərqli. Kovidlə məşhur Somali, İraq və müharibədən əziyyət çəkən Əfqanıstan və Suriya ilə birlikdə Dünyanın 200 ölkəsi arasında 7-ci yerdəyik.
Məni 2004-2012-ci il reytinqindən dolayı həbs ediblər, lakin bütün Gürcüstan həbsxanadadır və həbsxananın rəhbərindən başqa hamı bu həbsxanadan qaçmalıdır", -deyə Mixail Saakaşvili bildirib.


