02 
Fev
2022
13:13
316

Kaxa Kaladze: "Yalan məlumatların yayılması insanları çaşdırmaq məqsədini daşıyır"

"150 lari bir aylıq yox, 6 aylıq abonementin qiymətidir- məncə, belə dezinformasiyanın yayılması cəmiyyətdə mümkün qədər nihilizm səpmək məqsədi daşıyır".

 lnterPress.ge xəbər verir ki bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi hökumət iclasında bildirib.

Onun sözlərinə görə, qeyd olunan məlumatların yayılması əhalini çaşdırmağa və Tbilisi meriyasını gözdən salmaq üçündür.

“Dünən telekanalların birində bir süjet gördük, orada qəsdən ictimaiyyəti çaşdırmaq cəhdi göstərilir. Müəyyən bir telekanalın jurnalisti insanların yanına gedib soruşur ki, bir aylıq abonementə 150 ​​lari verməyə imkanınız varmı?. Bilmirəm bu jurnalistin səhvi olub ya yox, çünki bilirsiniz ki, 150 lari bir aylıq yox, 6 aylıq abonementin qiymətidir. Hesab edirəm ki, bu cür dezinformasiyanın yayılması məqsədyönlüdür ki, cəmiyyətdə mümkün qədər nihilizm səpsin”, -  deyəTbilisi meri bildirib.

Tbilisi meri bir daha yeni ödəniş sistemindən danışıb və qeyd edib ki, bələdiyyənin dəstəyinə ehtiyacı olan vətəndaşlar üçün köhnə güzəştli tarif qüvvədə qalır. “Fevralın 1-dən istifadəyə verilən yeni ödəniş sisteminə gəlincə, artıq 15 min abonement satılıb. Vurğulamaq istərdim ki, bizim müəyyən kateqoriyalı vətəndaşlara, ən çox əziyyət çəkən ailələr üçün yaratdığımız güzəştli şərtlər bu yeni sistem şəraitində də öz qüvvəsini saxlayır. İmtiyazlardan yararlanıb 10, 20 tetri, mikroavtobusda isə  80 tetri ödəyirdilər. Fevralın 1-dən yenilənmiş sistem var və bu vətəndaşlar mikroavtobusla səyahət edərkən eyni imtiyazlardan istifadə etmək imkanları olacaq. Təxminən 450 min insan bu güzəştlərdən istifadə edir”, - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər