Quram Maçaraşvili: "Biz Mixeil Saakaşvili ilə bağlı həqiqəti bir daha sübut edəcəyik"
“Əgər Saakaşvili ilə bağlı araşdırma komissiyası yaradılarsa, biz həqiqəti bir daha ictimaiyyətə göstərmək üçün orada iştirak edəcəyik”.
lnterPress.ge xəbər verir ki, bu barədə çoxluğun üzvü Quram Maçaraşvili jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, komissiyanın yaradılmasına dəstək verməyəcəklər, lakin yaradılacağı təqdirdə komissiyanın işinə cəlb olunacaqlar.
“Əgər istintaq komissiyası yaradılarsa, təbii ki, biz Mixail Saakaşvili ilə bağlı həqiqəti bir daha sübut edəcəyik. Bununla bağlı yeni heç nə olmayacaq. Radikal müxalifət bu alətdən hansısa şəkildə siyasi zəmində olmaq üçün istifadə etmək istəyir, bunun başqa hədəfi yoxdur. Biz hesab edirik ki, komissiyaya ehtiyac yoxdur. Əgər onlar komissiyanın yaradılmasını zəruri hesab etsələr, bunu edə bilərlər”, - deyə Maçaraşvili bildirib.


