02 
Fev
2022
12:06
341

Kutaisinin hava limanı yeniliyə imza atdı

Uçuşların və sərnişin axınının artması ilə paralel olaraq Kutaisi Beynəlxalq Hava Limanına müxtəlif istiqamətlərə xidmətlər, məhsullar və obyektlər əlavə olunur. 

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları İttifaqı məlumat yayıb.

Onların məlumatına görə, bu gündən etibarən hava limanının zalında dizaynı və spesifikliyi ilə seçilən, xüsusi olaraq Kutaisinin Davit Ağmaşenebeli hava limanı üçün yaradılmış tamamilə fərqli konseptə malik olan "Meama Collect" fəaliyyətə başlayıb.

Obyekti Gürcüstanın Hava Limanları İttifaqının direktor müavini Levan Çxadadze və "Meama" şirkətinin baş direktoru Luka Kapanadze açıb.

''Biz şadıq ki, daha bir uğurlu gürcü brendi Kutaisi Beynəlxalq Hava Limanı ilə əməkdaşlığa başlayır. Meama Collection paket konseptinin obyekti sərnişinlərimizə müxtəlif qəhvə, çay seçimləri, müxtəlif aromatik kokteyllər təklif edir. Qeyd edək ki, Kutaisi Beynəlxalq Hava Limanı Gürcüstanda “Meama” brendinin fəaliyyətə başladığı hava limanları arasında birincidir. Hava limanının yola düşmə salonunda yerləşən “Meama”nın qrafik formaları və rəngləri ilə bəzədilmiş Meama Collect sərnişinlərimizə ilk baxışdan xoş səyahət əhval-ruhiyyəsi vəd edir. Yeni müəssisədə təxminən 10 nəfər çalışır və onlar sərnişinlərimiz üçün xoş və rahat şərait yaradacaq”, - deyə Levan Çxadadze bildirib.

Kutaisi Beynəlxalq Hava Limanı Gürcüstanda fəaliyyət göstərən və "Meama Collect" brendi ilə əməkdaşlığa başlayan ilk hava limanıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər