02 
Fev
2022
10:48
680

Gürcüstanda yenidən rekord sayıda koronavirusa yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 26 320 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 226 444 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 9 555 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 030 065 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 44 nəfər ölüb və ölənlərin ümumi sayı 15 060 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər