Kvareli bələdiyyəsində baş verən yanğın söndürüldü
Kvareli bələdiyyəsində baş verən iki yanğın hal-hazırda söndürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar İdarəsi yayıb.
Məlumata görə, yanğının yaxınlığında yaşayış məntəqəsi olmayıb və qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə 30-a yaxın yanğınsöndürən və xüsusi avtotexnika cəlb olunub.
"Kvareli Yanğından Mühafizə Hissəsinə yerli olaraq daxil olmuş məlumata əsasən, Axalsopeli kəndi yaxınlığında meşə massivində güclü tüstü müşahidə olunub və yanğınsöndürən qüvvələrinin köməyinə ehtiyac olub. Fövqəladə Hallar İdarəsinin əməkdaşları məlumat daxil olan kimi dərhal tədbir görüblər. Hadisə yerinə gələn operativ qrupların verdiyi məlumata görə, yanğın iki ocaqda, yarpaqlı meşənin alt örtüyündə yayılıb. Mürəkkəb relyef səbəbindən canlı qüvvə tərəfindən fərdi texnikalardan istifadə edilməklə yanğınsöndürmə işlərinə başlanılıb. Vəziyyət qiymətləndirildikdən sonra ərazinin ətrafına xüsusi texnika gətirilib. Yanğından Mühafizə və Xilasetmə İdarəsinin əməkdaşları gecə boyu Axalsopeli meşəsində fəal işləyiblər. Hazırda yanğın yerindəcə söndürülüb”, - deyə məlumatda deyilir.


