02 
Fev
2022
10:16
700

Gürcüstanda aralıq seçkilər təyin olundu

Bu ilin aprelin 2-də Gürcüstanda aralıq seçkilər keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Həmin gün seçicilər Gürcüstan parlamentinə Rustavi şəhərindən majoritar deputat və Batumi şəhər şurasına majoritar deputat seçəcəklər. Seçkilər üçün Rustavi və Qardabanidə 117, Batumidə isə 14 seçki məntəqəsi yaradılacaq.

Qeyd edək ki, Rustavidən majoritar deputat Nino Latsabidze şəhərin meri seçiləndən sonra parlamenti tərk edib. Batumi şəhər şurasının majoritar deputatı Cemal Putkaradze isə vəfat edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər