01 
Fev
2022
13:04
283

Karl Harçel: "Mən bu qətnaməni alqışlayıram"

"Mən bu qətnaməni alqışlayıram. Hesab edirəm ki, bunu Gürcüstan parlamentindən eşitmək, baş verənlərlə bağlı öz prinsipial mövqeyini bildirmək, həmçinin Ukrayna və onun xalqına hazırda layiq olduğu həmrəyliyi göstərmək vacibdir".

InterPress.ge xəbər verir ki, bu  barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Harçel Gürcüstan parlamentinin Ukraynanı dəstəkləyən qətnamənin hazırlanması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynaya qarşı təkcə dəstəkləyici bəyanatların deyil, həm də müvafiq hərəkətlərin hazırlanmasını təmin etmək vacibdir.

"Düşünürəm ki, indi Aİ-dən, eləcə də başqalarından gördüklərimiz çox vacibdir - biz təkcə bəyanatlar verməyi və prinsiplərimizə riayət etməyi deyil, həm də bu prinsipləri qorumaq üçün müvafiq tədbirlərin görülməsini təmin etməliyik. Bunlar daha geniş region, eləcə də Gürcüstan üçün əsas olan prinsiplərdir.
Qətnamənin kontekstinə gəlincə, mən həmin qətnaməni alqışlayıram. Düşünürəm ki, bunu Gürcüstan parlamentindən eşitmək, baş verənlərlə bağlı öz prinsipial mövqeyini səsləndirmək, eyni zamanda Ukrayna və onun xalqına hazırda layiq olduğu həmrəyliyi göstərmək vacibdir”, - deyə Karl Harçel bildirib. 

O, qətnamə layihəsi və onun mətni ilə bağlı açıqlama verməyəcəyini bildirib.

"O ki qaldı layihəyə və onun mətninə, mürəkkəb məsələ olduğu üçün bu haqda şərh verməyəcəyəm. Ümid edirəm ki, nəticədə bu qətnaməyə geniş dəstək veriləcək”, – deyə Karl Harçel bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər