Fridon İngia: "Gürcüstan müdrik mövqedən çıxış etməlidir"
"Gürcüstanm Ermənistan və Azərbaycan arasındakı müharibədə olduğu kimi müdrik mövqedən çıxış etməlidir”.
InterPress.ge xəbər verir ki, bu barədə "Avropalı Sosialist" - lərin deputatı Fridon İngia Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.
"Partiyamız birmənalı olaraq istənilən qətnamənin əleyhinədir. Hərəkətlərinizlə onlardan birinin tərəfini tutan zaman onlara sakitləşin demək əvəzinə, mübahisəni dərinləşdirirsiniz?! Ermənistanla Azərbaycan arasındakı müharibədə Gürcüstanın tutduğu müdrik mövqedən çıxış edin. Mən çox qorxuram ki, müharibə başlasın, Ukrayna dağıdılsın. Qərb bu gün Ukraynanı məhv edir və biz də bu qarışıqlığa düşə bilərik, heç iki saat belə çəkməz və hər şey bitmiş olacaq. Düşünmürəm ki, hakimiyyət, iqtidar partiyası bizə zərər verəcək siyasət aparsın. Bu müqavilədə bizə zərər verə biləcək bəzi elementlər var. Gəlin, bir az müdrik olaq və işlərin gedişatına baxaq, qarışıqlığa tərəf qaçmayın", – deyə Fridon İngia bildirib.


