01 
Fev
2022
11:03
799

Gürcüstanda koronavirusa yenidən rekord sayıda yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 24 201 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 200 124 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 10 732 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 020 510 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 36 nəfər ölüb və ölənlərin ümumi sayı 15 016 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər