31 
Yan
2022
15:11
260

Qoridə ata oğluna soyuq silahla xəsarət yetirib

Qoridə, Kombinati qəsəbəsi ərazisində ailə münaqişəsi zəminində xəsarət alan gəncin səhhəti son dərəcə ağırdır. 

InterPress.ge xəbər verir ki, xəstə "Qormedi" Klinikasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qormedinin həkimi Soso Qelaşvilinin sözlərinə görə, xəstə klinikaya daxil olan zaman vəziyyəti ağır olub, döş qəfəsindən kəsici-deşici əşya ilə çoxsaylı xəsarətlər alıb.

"Xəstənin vəziyyəti klinikaya daxil olarkən ağır idi. Kişinin döş qəfəsi və qarın nahiyəsində ağciyər, qaraciyər, mədə, mədəaltı vəzi, zədələnmiş çoxsaylı kəsik yaraları, həmçinin nazik bağırsaq, baş, hər iki əl, sağ qol və sağ çiyin nahiyəsində çoxsaylı xəsarətlər olub. Dərhal bir sıra əməliyyatlar aparılıb. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hələ də ağırdır", - deyə Soso Qelaşvili bildirib.

Həmin vaxt mövcud olan məlumata görə, ötən gecə ata-oğul arasında ailədə münaqişə baş verib, bu zaman 80 yaşlı kişi bıçaqla 45 yaşlı oğlunun bədəninə xəsarət yetirib.

Mübahisənin səbəbi məlum deyil, hadisə araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər