31 
Yan
2022
15:01
361

2021- ci ildə Gürcüstanda neçə nəfər itkin düşüb?

2021-ci ildə Gürcüstanda 163 nəfər itkin düşüb, onlardan 112-si tapılıb, 51 nəfər isə hələ də axtarışdadır.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yayımladığı itkin düşmüş şəxslərin 2021 ci il statistikasında öz əksini tapıb.

Məlumata əsasən, itkin düşənlər arasında 159 Gürcüstan, 2 Azərbaycan və 2 Moldova vətəndaşı var. 
İtkin düşən 159 Gürcüstan vətəndaşı itkin düşüb ki, onlardan 12-i ölü tapılıb. Eyni zamanda, ötən il Gürcüstanda 2 Moldova vətəndaşı itkin düşüb, 2-i ölü tapılıb.

İstintaq İdarəsinin məlumatına görə, 2021-ci ildə ölkədə 42 yeniyetmə itkin düşüb, o cümlədən 6-sı hələ də axtarışdadır.

Daxili İşlər Nazirliyinin itkin düşmüş şəxslərin axtarışının statistikası göstərir ki, 1973-cü ildən 2021-ci ilin dekabrınadək Respublika üzrə ümumilikdə 6260 nəfər itkin düşüb, onlardan 5261 nəfəri tapılıb, 999 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər