Səhiyyə Nazirliyi koronavirusa yoluxmuş uşaqlar üçün protokol hazırlayıb
Koronavirusa yoluxmuş uşaqların müalicəsi üçün yenilənmiş protokola əsasən, uşağın 3-5 gün ərzində daimi yüksək hərarəti varsa, onun xəstəxanaya yerləşdirilməsi zəruridir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məmulat verib.
Protokolda qeyd olunduğuna görə, əgər xəstəliyin müddəti 1 həftədən artıqdırsa və heç bir yaxşılaşma yoxdursa və ya kəskinləşmə gedirsə, xəstə klinikaya köçürülməlidir.
Protokola əsasən, koronavirusa yoluxmuş körpənin xəstəxanaya aparılması tövsiyə olunur.
Uşağın xəstəxanaya yerləşdirilməsi üçün digər risk meyarlarına aşağıdakılar daxildir: kliniki və ya rentgenoqrafiya ilə təsdiqlənmiş pnevmoniya, tənəffüs çatışmazlığı, xroniki müşayiət olunan xəstəliklər, xroniki ağciyər xəstəliyi (orta və ya ağır dərəcəli astma), ürək-damar xəstəlikləri, xroniki böyrək xəstəliyi, xroniki qaraciyər xəstəliyi.Sinir-əzələ xəstəliyi. Endokrin pozğunluqlar (məsələn, diabet mellitus), Metabolik pozğunluqlar, immunosupressiv xəstələr (xərçəng, kemoterapi, radiasiya terapiyası, orqan transplantasiyası, immunomodulyasiya və yüksək dozada qlükokortikoidlər). Multisistem iltihabi sindromu və Xavasaki xəstəliyinə bənzər klinik əlamətlər.
Yenilənmiş protokola əsasən, orta və ya ağır dehidrasiya ilə müşayiət olunan qastroenterit şəkli, həmçinin ağır piylənmə (bədən kütləsi indeksi 95 faizdə ≥120%) olan xəstələr üçün xəstəxanaya yerləşdirmə tələb olunur.


