30 
Yan
2022
15:40
340

Siğnağidə qətl törədən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü şəxs saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cari il yanvarın 29-da Siğnaği rayonunun Cuqaani kəndində 1954-cü il təvəllüdlü qadına mübahisə zəminində öz evində xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində qadın dünyasını dəyişib.

“Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxs hadisədən bir neçə saat sonra, axtarış zamanı  saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə 108-ci maddəsi ilə araşdırma aparılır. Cinayət 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər