03 
Fev
2020
10:50
673

Gürcüstanda dəmir yolları ilə yeni növ yük daşımaların tətbiqi planlaşdırılır

Gürcüstanda multimodal daşımaların yeni növünün tətbiqi planlaşdırılır.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin parlamentə təqdim etdiyi qanun layihəsində bildirilib.

Sənəddə qeyd olunub ki, yeni növ daşımaları xüsusi dəmir yolu platformalarında yük avtomobilləri və qoşquların (xüsusi avtonəqliyyat vasitələri) daşınmasını nəzərdə tutur.

Gürcüstan hökuməti hesab edir ki, bu cür daşımalar ölkə ərazisində avtomobil infrastrukturunun istifadəsini istisna edəcək və ya minimuma endirəcək.

Qanun layihəsində vurğulanıb ki, avtomobil yolu ilə daşımalarla müqayisədə dəmir yolu daşımalarının bir sıra üstünlükləri var. Belə ki, avtomobil yolları ilə daşımalar yol infrastrukturunun dağılması, yol nəqliyyat hadisələri və ətraf mühitə mənfi təsirlə nəticələnir. (Report)

Bizimlə əlaqə saxlayın