29 
Yan
2022
21:52
612

"Tbilisi Energy" Tbilisidə baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar bəyanat yayır

İlkin yoxlamaya əsasən, Qldanidə 5 nəfərin ölümünə səbəb CO-nun yığılması olub.

InterPress.ge xəbər verir ki, bu barədə 
“Tbilisi Energy”nin texniki direktorunun müavini Qiorqi Lepsveridze açıqlama verdi.

Lepsveridzenin qeyd etdiyinə görə,  xilasetmə xidməti evə gələndə sobanın açıq və yandığını görüb.

“İlkin yoxlama nəticəsində, əldə etdiyimiz məlumata görə, buna səbəb qazın tam yanmaması nəticəsində yığılan CO-dur. Xilasedicilər hadisə yerinə daxil olanda soba açıq vəziyyətdə olub. Yəqin ki, onlar qaz sobasından isinmək üçün istifadə ediblər və nəticədə  CO toplanaraq qəzaya səbəb olub. Hazırkı mərhələdə araşdırma aparılır və başa çatdıqdan sonra hadisənin baş vermə səbəbləri ilə bağlı dəqiq cavabımız olacaq”- Qiorqi Lepsveridze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər