Qldanidə 5 nəfərin zəhərlənərək dünyasını dəyişməsinə təbii qazın sızması ehtimal olunur.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əldə olan məlumata görə, zəhərlənmə nəticəsində 3 azyaşlı uşaq da dünyasını dəyişib.
Digər təfərrüatlar hələlik məlum deyil.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə araşdırma başlanılıb.
