29 
Yan
2022
13:27
356

Türkiyə Respublikası Marneuli aerodromuna maddi-texniki dəstək verib

Türkiyə Respublikası Marneuli aerodromunun maddi-texniki və Müdafiə Qüvvələrinin logistika imkanlarını yaxşılaşdırmaq üçün Gürcüstanın Müdafiə Qüvvələrini müxtəlif növ xüsusi texnika ilə təmin edib.

lnterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstanın Müdafiə Qüvvələrinin maddi-texniki imkanları daha da gücləndirilir.

Nazirlikdən verilən məlumatına görə, texniki vasitələrin rəsmi ötürülməsi Gürcüstanın Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Komandanlığının Orxevi nəqliyyat bazasında həyata keçirilib.

“Gürcüstanın müdafiə naziri xüsusi texnikanı yerindəcə yoxlayıb və onların texniki imkanları ilə tanış olub. Guanşer Burguladze logistika avadanlığını təhvil verdiyi üçün Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqana təşəkkürünü bildirib.

Avadanlıq Türkiyə Respublikası ilə Gürcüstan Hökuməti arasında imzalanmış “Hərbi Maliyyə Əməkdaşlığı Sazişi” çərçivəsində təhvil verilib. Türkiyə tərəfi Gürcüstanın Müdafiə Nazirliyinə 11 ədəd maddi-texniki təchizat maşını, 2 ədəd mikroavtobus, 2 ədəd traktor və müxtəlif texniki vasitələr təhvil verib. Gürcüstan və Türkiyə uzun illərdir ki, müdafiə sahəsində sıx və uğurlu əməkdaşlıq edir. Bu mərhələdə Türkiyənin gətirdiyi xüsusi texnikanın qiyməti 597 722,69 dollar təşkil edir.

Tədbir çərçivəsində qəbul aktlarını Gürcüsta tərəfindən Müdafiə Qoşunlarının Aviasiya və Hava Hücumundan Müdafiə Komandanı, polkovnik Serqo Ninua və Qoşunların Maddi-Texniki Təminat Komandanı, polkovnik Kaxaber Tabatadze, Türkiyə tərəfdən isə Hərbi attaşe, polkovnik Burak Altıner imzalayıb.

Tədbirdə Gürcüstanın müdafiə nazirinin müavini Qiorqi Xaindrava, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı Coni Tatunaşvili, Müdafiə Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanı polkovnik Serqo Ninua, Qoşunların Maddi-Texniki Təminat Komandanı polkovnik Kaxaber Tabatadze, Türkiyə Respublikasının Hərbi Attaşesi polkovnik Burak Altıner və attaşenin nümayəndələri iştirak ediblər”,- deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər