Gömrükçülər çox sayda bəyan edilməmiş qızıl sikkə aşkar ediblər
Gömrükçülər poçtla göndərilmiş, bəyan edilməmiş 150 qızıl sikkə aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Verilən məlumata görə, gömrük buraxılış məntəqələrində və gömrük rəsmiləşdirilməsi iqtisadi zonalarında istər beynəlxalq yükdaşıma vasitələrinin sürücüləri, istərsə də dövlət sərhədindən keçirilən mallar/poçt göndərişləri üçün gömrük nəzarəti prosedurlarına ciddi nəzarət edilir.
“Bu nəzarət çərçivəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Zonası tərəfindən poçt göndərişinə baxış keçirməkdə şübhəli bilinən hava limanının gömrük əməkdaşları tərəfindən külli miqdarda bəyan edilməmiş qızıl sikkələrin (150 ədəd) qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. Malların ümumi gömrük dəyəri 196 045 152 lari təşkil edib.
İş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib”, - məlumatda deyilir.


