Gürcüstanın Texniki Universitetinin alimləri ilkə imza atdılar
Gürcüstanın Texniki Universitetinin alimləri saman boru qaynaq maşınının yaradılması üzrə işlərin birinci mərhələsini başa çatdırıblar - beş alim Zviad Tsamalaidze, Nikoloz Tsverava, Giorgi Adamov, Tengiz Toriaşvili və Roman Abramişvili Gürcüstanda ilk olaraq diametri 5 mm, eni 20m, ve uzunluğu 4m olan saman boruları hazırlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Teknik Universiteti yayıb.
Onların sözlərinə görə, belə parametrlərə malik saman boruların dünyada analoqu yoxdur.
“Gürcüstan Texniki Universiteti alim qrupumuz bu böyük uğuru ilə beynəlxalq təcrübələrə ciddi töhfə vermək imkanı əldə edib.
"Gürcüstan Texniki Universitetinin Kvant Fizikası və Mühəndislik Texnologiyaları İnstitutunun DUNE eksperimentinin əsas tərəfdaşına çevrilməsi ikiqat sevindirici haldır. Demək olar ki, universitetin və eksperimentdə iştirak edən qrup üzvlərinin böyük qürur duyduğu belə bir nəticəyə ilk biz nail oluruq”, - deyə Gürcüstan Texniki Universitetinin rektoru, professor Davit Qurgenidze bildirib.


