Gürcüstandan Rusiyaya bir-başa uçuşlar ləğv edildi
Gürcüstanın Hava Yollarının Tbilisidən Moskvaya planlaşdırdığı birbaşa, birdəfəlik reysi bu gün ləğv edilib.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Hava Yollarının prezidenti Tamaz Qayaşvili məlumat verib.
O qeyd edib ki, buna səbəb mürəkkəb epidemioloji vəziyyət və jurnalistlərin yaratdığı ajiotajdır.
“Məlumatı təsdiqləyəcəyəm. Səbəb Rusiyada eləcə də Gürcüstanda da ciddi epidemioloji vəziyyətin çətin olmasıdır. Virusa yoluxmuş insanların sayı iki dəfə artıb, vəziyyət kəskin şəkildə dəyişib. Koronavirusa yoluxduğu üçün çox sayda insan burada qalıb.
Bu reysin təxirə salınmasında jurnalistlərin ajiotajının da böyük rolu olub. Yəni, çarter reysi müxtəlif istiqamətlərə gedir və ajiotaj boş yerə başlayıb. Bəs bu uçuş Moskvada başa çatsa nə olacaq? Bir çox belə çarter reysləri tamamlanacq”, - deyə Qayaşvili bildirib.
Bundan əlavə, o izah edib ki, sifariş olarsa, gələcəkdə analoji uçuşların planlaşdırılaraq yenidən həyata keçirilməsi mümkündür.
“Georgian Airways” əvvəlcə öz “Facebook” səhifəsində uçuş məlumatını dərc etsə də, sonradan onu silib. Şirkət rəhbərliyinin sözlərinə görə, Tbilisidən Moskvaya birbaşa, birdəfəlik çarter reysi iş adamları tərəfindən sifariş edilib.
“Georgian Airways”in prezidenti Tamaz Qayaşvilinin sözlərinə görə, sosial şəbəkədəki yazının silinməsinə səbəb uçuşla bağlı məlumatın informasiya xarakterli olması olub.


