Azyaşlı əlil gəncə qarşı törədilmiş zorakılıqda ittiham olunan polis müfəttişləri videogörüntülərdə onların olduqlarını inkar edirlər
"Metroda azyaşlı əlil gəncə qarşı törədilmiş zorakılıqda ittiham olunan polis müfəttişləri videogörüntülərdə onların olduqlarını inkar edirlər".
InterPress.ge xəbər verir ki, bunu Dövlət prokuroru Aleksandr Çxeidze deyib.
Çxeidzenin sözlərinə görə, ifadəni təqsirləndirilən polis əməkdaşlarının rəisi verib və o, videodakadrlarda öz işçilərini müəyyən edib.
Prokurorun sözlərinə görə, videoçəkilişlə əlaqədar ekspertiza aparılacaq.
“Bugünkü iclasda ittiham tərəfi hər iki təqsirləndirilən şəxsə həbs qətimkan tədbirinin tətbiq edilməsini ifadə edib çünki hesab edirik ki, onların gizlənməsi, yeni cinayət törətməsi və şahidlərə təsir göstərməsi kimi real təhlükələr var. Zərərçəkmişlə birlikdə çoxlu sayda şəxs şahid qismində dindirilib. Təqsirləndirilən şəxslərin törətdiyi cinayəti əks etdirən audio-video yazı da əldə etmişik.
İndiki mərhələdə patrul müfəttişlərinin videonu çəkib çəkməmələri ilə əlaqədar o istiqamətə baxan kameralardan müvafiq cavab gözləyirik.
"Hər iki təqsirləndirilən şəxsin ifadəsi Daxili İşlər Nazirliyinin müvafiq məktubu ilə təsdiqlənib. Təqsirləndirilən şəxslərin özləri də təsdiqləyiblər ki, onlar yanvarın 23-də metronun “İsani” metrostansiyasında vəzifələrini yerinə yetirirdilər. Onların hər ikisinin məlumatı təkzib etmələri mənim üçün də təəccüblüdür. Onlar növbə ilə vəzifələrini yerinə yetirirdik, sadəcə kadrdakıların onların olmadıqlarını deyirlər. Bizdə təqsirləndirilən şəxslərə təqdim olunan görüntülər var, lakin onlar kadrdakıları şəxslərin olmadıqlarını bildirirlər.
Bununla belə, onların əməkdaşları ilə söhbət aparılıb və onlar videoçəkilişlərdə hər iki şəxsi müəyyən ediblər. Metrostansiyanın bütün audio-video yazıları əldə olunub, lakin zorakılığın baş verdiyi yerdə heç bir videokamera yox idi, ancaq digər mühüm hallar da qeydə alınıb”, - deyə Çxeidze bildirib.
Xatırladaq ki, patrul inspektoru Nukri Bakradze azyaşlı əlil şəxsə qarşı qeyri-insani rəftarına görə ittiham olunur. Cinayət Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Patrul inspektoru Kaxa Bakaşvili isə Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.


