Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda Aİ və NATO-ya üzvlüyün tərəfdarları artır

318
Gürcüstanda Aİ və NATO-ya üzvlüyün tərəfdarları artır
Dinləmək üçün basın

Gürcüstanda rəyi soruşulanların 83 %-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəktəkləyir.

Gürcüstanda rəyi soruşulanların 83 %-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəktəkləyir.

InterPress.ge xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) ölkədə keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Respondetlərin 8 %-i Aİ-yə üzvlüyü dəstəkləməyib, digər 8 %-i isə müvafiq suala cavab verə bilməyib.

Sorğuda Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyənlərin faiz göstəricisi isə 77 % təşkil edib. Ölkənin bu məqsədini 11 % dəstəkləməyib, 12 %-i isə sualı cavablamaqda çətinlik çəkib.

Sorğu 2021-ci ilin 7-13 dekabr tarixində telefonla aparılıb və 2 099 nəfərin rəyi öyrənilib.

Qeyd edək ki, NDI-nin ötən ilin yanvarında apardığı araşdırmaya əsasən, Gürcüstanın Aİ-yə üzvlüyünü sorğuda iştirak edənlərin 80 %-i, NATO-ya qoşulmanı isə 74 %-i dəstəkləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →