Saakaşvili: "DTX Qoridə zorakılıq qeydlərini sildiyini etiraf edib"
"DTX Qoridə zorakılıq qeydlərini sildiyini etiraf edib. O, istəyərək bu cinayəti törətdi. Mən dayanmayacağam və mübarizəyə davam edəcəm. Tək mənim üçün deyil, bizim üçün, sizin üçün mübarizə aparacağam. Bəs siz nəyi planlayırsız"?
InterPress.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvili cəmiyyətə müraciətində bildirib.
Dövlət Təhlükəsizliyi Xidməti Mixail Saakaşvili ilə Qori Hərbi Hospitalında olarkən baş verən insidentin videosunun silindiyini bildirib.
Məlumat üçün bildirək ki, prokurorluq Mixail Saakaşvilinin zərərçəkmiş şəxs qismində verdiyi ifadəni əsas olmadığına görə, qəbul etməyib və vəkillərə cinayət işi ilə tanış olmağa icazə verib.
Xatırladaq ki, keçmiş prezident Mixail Saakaşvili ötən il oktyabrın 1-də həbs edilib. O, hazırda Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir.


