27 
Yan
2022
14:24
661

Sorğu: Əhali öz fikirinə ən yaxın hansı partiyanı görür?

Keçirilən sorğuda, respondentlərin əksəriyyəti öz fikirlərinə ən yaxın olan partiyanı bilmir və ya adını çəkmir. Respondentlərin yalnız 42%-i konkret partiyanın adını çəkib.

lnterPress.ge xəbər verir ki, bu barədə “Milli Demokratiya İnstitutunun”(NDI) dərc etdiyi araşdırmada qeyd olunur.

Sorğunun nəticələrinə görə, respondentlərin öz fikirlərinə  ən yaxın olan, 24%-i “Gürcü Arzusu”nu,  9%-i Vahid Milli Hərəkatı, 8%-i başqa bir partiya təşkil edir, 41%-i isə heç bir partiyanın öz fikirlərinə yaxın olmadığını düşünür. 17% isə sualın cavabını bilmir və eyni zamanda cavab verməkdən imtina edir.

Bununla belə, NDI sorğusuna əsasən, sorğuda iştirak edən əhalinin əksəriyyəti yəni  80%-i  partiyalararası əməkdaşlığı dəstəkləyir. 8% isə razılaşmır.

Həmçinin qeyd edək ki, sorğu 2021-ci il dekabrın 7-13-də Gürcüstan üzrə ölkənin yetkin əhalisi (işğal olunmuş ərazilər istisna olmaqla) arasında aparılmış 2099 telefon müsahibəsindən ibarət reprezentativ nümunə əsasında aparılıb. Sorğunun orta səhv ehtimalı +/- 1,4 faiz təşkil edir. Respondentlər təsadüfi qaydada yığmaqla seçilib. Sorğu QTRM-Gürcüstan tərəfindən aparılıb.

Bizimlə əlaqə saxlayın