27 
Yan
2022
12:48
401

Milli Qida Agentliyi qanunsuz fəaliyyət göstərən ət müəssəsi aşkar etdi

Milli Qida Agentliyinin Tbilisi Bələdiyyə Xidmətinin təftiş qrupları Tbilisidə  D.Jğenti küçəsi 2 ünvanında yerləşən ət emalı zavodunu qanunun tələb etdiyi tanınma haqqı verilmədən Milli Qida Agentliyindən yan keçərək fəaliyyət göstərdiyi üçün yoxlanılıb.

lnterPress.ge  xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb.

Məlumata görə, müəssisədə kritik uyğunsuzluqlar, o cümlədən sanitar-gigiyena normalarının, qida məhsullarının istehsalının texnoloji prosesinin, etiketlənməsi və izlənilmə qaydalarının pozulması halları aşkar edilib.

“Bundan əlavə, sahibkar İqtisadi Fəaliyyət Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərmişdi. Agentliyin səlahiyyətli şəxsləri aşkar olunmuş qanun pozuntularına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görüb – Biznes operatoru cərimələnib, istehsal prosesi dayandırılıb”, - deyə Milli Qida Agentliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın