Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin əməkdaşları Gürcaani bələdiyyəsində qətl törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü şəxsi saxlayıblar.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, araşdırma zamanı müəyyən edilib ki, bu il yanvarın 26-da Gürcaani bələdiyyəsinin Kalauri kəndində təqsirləndirilən şəxs mübahisə zəminində həmkəndlisini – 1985-ci il təvəllüdlü şəxsi güllələyib.
Polis sübut olaraq ov tüfəngi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır.
Cinayət 7 ildən 15 il müddətində azadlıqdan məhrum etməni nəzərdə tutur.
