26 
Yan
2022
14:33
512

Əlilliyi olan azyaşlıya zorakılıq edən polis əməkdaşlarına bu gün rəsmi ittiham irəli sürüləcək

Əlilliyi olan azyaşlıya zorakılıq etdiyinə görə həbs edilən polis əməkdaşlarına bu gün rəsmi ittiham irəli sürüləcək.

InterPress.ge xəbər verir ki, hazırda onlar istintaq təcridxanasındadırlar və susmaq hüquqlarından istifadə edirlər.

Bildirilir ki, saxlanılan Nuqzar Bakradze ləyaqəti alçaldan və qeyri-insani rəftar etməkdə, Kaxaber Bakaşvili isə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Zorakılığın qurbanı olan yeniyetmənin ailəsi günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edir.

Xatırladaq ki, yanvarın 24-də sosial şəbəkədə polisin əlilliyi olan şəxsə necə kobud davrandığını əks etdirən video yayılıb. Video metro stansiyalarından birində çəkilib. Fiziki zorakılıqdan əvvəl oğlanın dostları polisə izah ediblər ki, gəncin əlilliyi var, heç bir şey nə başa düşür, nə də ki, danışa bilir.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı təqsirli bilinən polislər yanvarın 25-də həbs edildi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər