26 
Yan
2022
13:29
309

Varketili metrosu yaxınlığında açıq havada ticarət qadağan ediləcək

Varketili metrosu yaxınlığında açıq havada ticarət qadağan ediləcək. 

InterPress.ge bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisidə hökumət iclasında bildirib.

Kaladze qeyd edib ki, ticarətçilər xüsusi ayrılmış ticarət sahələrinə köçməlidirlər.

"Bununla bağlı çoxlu zənglər və mesajlar daxil olub. Məsələ Varketili metrosu ətrafına aiddir və piyadalar üçün problemdir.  Xüsusilə, iş açıq hava ticarətçilərinə aiddir, onlar səkini zəbt ediblər və bu, piyadalar üçün problem yaradır. Yaxınlıqda ticarət yerləri var və mən Samqori rayonunun qubernatoruna tapşırmaq istərdim ki, bu məkanların rəhbərliyi və bu gün xarici ticarətlə, iqtisadi fəaliyyət ilə məşğul olan şəxslərlə danışıqlar aparsınlar və ticarətçilər müvafiq məkanlara köçsünlər. Mən müavinim İrakli Bendelianiyə də tapşırmaq istərdim ki, “Varketili” metrostansiyasının ətrafı, xüsusən də səkilər, qoruyucu bəndlər, zebra keçidləri abadlaşdırsın və lazımi yaşıllaşdırma işləri aparılsın.
Bütün bunlar çox vacibdir. Bu gündən etibarən ticarətçilərlə ünsiyyətə başlayın, onlara münasib vaxt verin, onlara ticarət yerlərinin rəhbərliyi ilə əlaqə saxlamağa kömək edin ki, onlar bu məqsədlə ayrılmış yerlərdə iqtisadi fəaliyyətlərini davam etdirə bilsinlər”, - deyə Kaladze bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər