Yanvarın 27-də Gürcüstanda yağış, dağlıq ərazilərində sulu qar yağacaq, qərb küləyi əsəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Məlumata görə, yanvarın 28-30-da yağış yalnız bəzi ərazilərdə davam edəcək. Aran rayonlarında havanın temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək.
Yanvarın 29-da gecə saatlarında şaxta daha da güclənəcək. Şida Kartlidə havanın temperaturu -11 dərəcəyə enə bilər. Yanvarın 31-dən yenidən yağıntılı hava şəraiti gözlənilir.
Yanvarın 27-də Tbilisidə yağıntılı hava şəraiti müşahidə olunacaq, yanvarın 28-dən isə yağıntı olmayacaq. Havanın temperaturunun gündüz +4, +6 dərəcə olacağı gözlənilir.
