Batumidə bir neçə polis zorakılıqda ittiham olunurlar
Ölkə miqyası ilə polis məmurları zorakılıqda ittiham olunurlar. Batumidə 7 polis zorakılıqda gunahlandırılır.
InterPress.ge xəbər verir ki, Qiorqi Arobelidze və Rati Ratiani polis idarəsində döyüldüklərini deyirlər.
Hadisə ötən il dekabrın 17-də baş verib, baxmayaraq ki, polis tərəfindən iddia edilən zorakılıqla bağlı araşdırma aparılmayıb.
Arobelidzenin sözlərinə görə, onlar təsadüfən küçədə polis tərəfindən vətəndaşın zorakılığa məruz qaldığını görüb etiraz etdikdən sonra polis bölməsinə gəliblər.
Mübahisənin şahidi olduq ki. Huşunu itirmiş sərxoş adamı 5-7 və daha çox polis döyürdü, bu adamdan qan axırdı. Mən də polislərin bu fiziki təcavüzünün qurbanı olmuşam. Onlar əlləri ilə mənə başımdan vururdular. Bir neçə polis mənə dedi ki, bilirsənmi, məhkəmədə nə deməlisən, əks halda bura qayıtmalı olacaqsan", - Qiorqi Arobelidze bildirib.
Hadisəni törətdiyi iddia edilən şəxslər hələ də Batumi 4-cü Polis İdarəsində çalışırlar. Vətəndaşlar bildiriblər ki, polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılıq etməsi birinci dəfə deyil.


