25 
Yan
2022
16:39
401

Daxili İşlər Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı bir nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları fəal Nata Peradzeni Daxili İşlər Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı saxlayıb.

InterPress.ge xəbər verir ki, Peradze Daxili İşlər Nazirliyinin yaxınlığındakı dirəklərə stiker yapışdırmağa çalışarkən saxlanılıb.

Hüquq-mühafizə orqanları fəalları şəhəri çirkinləşdirdiyi üçün stikerlər yapışdırmamağa çağırıb.

Qeyd edək ki, vətəndaş fəalları və siyasi partiyaların təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi qarşısında keçirilən etiraz aksiyasında hüquq-mühafizə orqanları və aksiya iştirakçıları arasında şifahi qarşıdurma olub.

Etirazçılar nazirliyin yaxınlığına - "Milisə yox!" yazılı stikerlər yapışdırmağa çalışıblar, ancaq buna patrul polisi icazə verməyib.

Etirazçılar İsani metrostansiyasında patrul polisi əməkdaşının əlilliyi olan azyaşlıya fiziki təzyiq göstərməsi hadisəsinə etiraz edirlər.

 

Bizimlə əlaqə saxlayın