Metroda fiziki məhdudiyyətli şəxsə qarşı zorakılıq faktı ilə bağlı iki polis əməkdaşı saxlanıldı
Tbilisi metrosunda əlil azyaşlının döyülməsi ilə bağlı iki gürcü polis əməkdaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Müfəttişliyi Xidmətinin rəis müavini Qiorqi Qamezardaşvili brifinqdə bildirib.
Onlardan biri qeyri-insani rəftarda, ikincisi isə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Qeyd edək ki, bundan əvvəl mediada polis geyimində olan şəxsin gənc oğlanın başına və üzünə necə vurması əks olunan video görüntülər yayılmışdı.
Məlumata görə, yeniyetmənin dostu onun kar və lal olduğunu və suallara cavab verə bilməyəcəyini deməsinə baxmayaraq, onu dinləməyiblər.
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi videonun dərcindən dərhal sonra məsələni öyrənməyə başlayıb. Əldə edilmiş materiallar Dövlət Müfəttişliyinə təhvil verilib və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə araşdırma başlayıb.
Cinayət beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


