Batumidə orta yaşlı qadının meyitini dəniz sahilə çıxarıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin intiharı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.
Məlumata görə, dünən səhər saatlarında orta yaşlı qadının meyiti dəniz sahilə cxarıb. Hadisə yerinə müvafiq xidmətlər səfərbər edilib.
Meyit məhkəmə-tibbi ekspertiza bürosuna təhvil verilib.
