DİN Tbilisi metrosunda polisin əlil şəxsə fiziki təzyiq göstərməsi faktına münasibət bildirir
"Biz hər cür zorakılığı pisləyirik, polis əməkdaşının tətbiq etdiyi istənilən zorakılığı qətiyyən yolverilməzdir".
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi Tbilisi metrosunda hüquq mühafizəçisinin əlilliyi olan şəxsə fiziki təzyiq göstərməsi faktına münasibət bildirir.
"Daxili İşlər Nazirliyi, ilk növbədə, hər cür zorakılığı pisləyir, çünki Nazirlik üçün polis əməkdaşının insan hüquqlarını poza biləcək hər hansı zorakı hərəkəti qəti şəkildə qəbuledilməzdir. Bu il yanvarın 24-də Tbilisi metrosunda çəkilmiş videogörüntülərdə polis əməkdaşının mümkün cinayəti törətməsi faktı əksini tapıb.
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi videomaterial yayılan kimi faktla bağlı araşdırmalara başlayıb, onun çərçivəsində əldə olunmuş materiallar artıq Dövlət Müfəttişliyinə göndərilib" – məlumatda qeyd olunur.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Baş Dövlət Müfəttişliyi tərəfindən polis əməkdaşının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə cinayət işi başlanıb.


