"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" ödənişsiz hazırlıq kurslarına start verir
"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Gürcü və İngilis dili üzrə ödənişsiz hazırlıq kurslarına start verir.
Bu barədə InterPress.ge-yə "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təsisçisi və direktoru Rezo Həsənov məlumat verib.
Gürcü və İngilis dili üzrə ödənişsiz hazırlıq kurslarına qeydiyyat bu gündən başlayıb.
Mərkəzdən verilən məlumata görə, 12 yaşdan yuxarı olan şagirdlər, tələbələr və digər şəxslər kurslarda iştirak edə bilər.
Qeyd edək ki, kurslar həftədə, 2 gün, iki saat yarım (2,5) olmaqla keçiriləcək.
Gürcü dili dərsləri həftənin 1-ci və 3-cü günləri keçiriləcək.
Qrup-I ; 13:00-dan 15:30- kimi
Qrup-II ; 15:30-dan 17:30-kimi
İngilis dili dərsləri isə 2-ci və 4-cü günləri keçiriləcək;
15:00-dan 17:30-kimi.
Mərkəz, həmçinin hüquq məsləhəti və hüquq xidmətləri sahəsində də, xidmət göstərir.
Hüquq məsləhətləri ödənişsizdir.
Hüquq xidmətləri isə ödənişlidir.
Kurslara son qeydiyyat tarixi : 02/05/2022
Ünvan : Bolnisi Rayonu, Sulxan-Saba Orbeliani küçəsi #101
(Bolnisi bələdiyyəsi ilə üzbəüz)
Əlaqə və qeydiyyat üçün:
+995 571-24-24-87 (whatsapp var)
+995 555-24-24-80 (whatsapp var)
E-mail : [email protected]


