"Ukrayna və Ukrayna xalqına bizim tərəfimizdən həmişə dəstək var. Bu, həmişə belə idi, belədir və belə olacaq".
InterPress.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze media ilə söhbətində deyib.
Jurnalistlərin ölkənin baş naziri İrakli Ğaribaşvilinin niyə Ukraynaya dəstək verən rəsmi bəyanat yaymaması ilə bağlı sualına Kaxa Kaladze bildirib ki, XİN rəhbəri artıq məsələ ilə bağlı açıqlama verib.
"Xarici işlər naziri bəyanat verib və siz bunu rəhbər tuta bilərsiniz", - Kaxa Kaladze bildirib.
