Tbilisinin yerüstü metro ilə Rustaviyə birləşdirilməsi layihəsi hələlik həyata keçirilməyəcək
"Tbilisinin yerüstü metro ilə Rustaviyə birləşdirilməsi layihəsi indiki mərhələdə həyata keçirilməyəcək".
lnterPress.ge xəbər verir ki, bunu paytaxt meri Kaxa Kaladze deyib.
Kaxa Kaladzenin sözlərinə görə, layihənin icrasına indiki mərhələdə başlanmayacaq, çünki bu, çoxlu vəsait tələb edir.
“Layihəyə hələ başlamaq mümkün deyil. Bilirsiniz ki, biz bu layihənin nə qədər maraqlı olacağını araşdırmaq üçün bir Avropa şirkəti ilə müqavilə imzalamışdıq. İki istiqamət var idi. Bu, Samqori-Lilo istiqaməti idi və ikinci mərhələ Rustavi ilə birləşdirən metro yolu idi. Layihəni indiki mərhələdə həyata keçirmək mümkün deyil, çünki bu, çox böyük vəsaitləri əhatə edir. Gözləyək, çünki şəhər üçün infrastruktur baxımından həyata keçirilən daha da prioritet və sərfəli layihələr var”, - deyə Kaxa Kaladze bildirib.


