23 
Yan
2022
11:08
681

Gürcüstanda koronavirusa yoluxma sürətlə artmaqda davam edir

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 9 696 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 051 445 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 5 408 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 962 035 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 28 nəfər ölüb və ölənlərin ümumi sayı 14 701 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər