Poti şəhərinin Kostava küçəsində yerləşən yaşayış binasında yanğın olub.
InterPress.ge xəbər verir ki, yanğın nəticəsində 1 mənzil tamamilə, 1 mənzil isə qismən yanıb.
Hadisə yerində 6 yanğınsöndürmə briqadası işləyir. Hazırda yanğın lokallaşdırılıb və söndürmə işləri aparılır.
Yerli sakinlərin verdiyi məlumata əsasən, Yanğın səhər saat 5 radələrində baş verib. Ailə üzvləri vaxtında çölə çıxa biliblər. Yanğının nədən baş verdiyi hələ də bəlli deyil.
Yerli hakimiyyət yanğından zərər çəkmiş ailələrə kömək edəcəklərini bildirib.
