Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 11 039 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 041 749 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 5 199 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 956 627 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 42 nəfər ölüb və ölənlərin ümumi sayı 14 673 nəfər təşkil edib.
