20 
Yan
2022
22:55
956

ABŞ prezidenti sərt danışdı: "Rusiya bunu edərsə..."

“Mən Putinlə çox aydın danışdım. Onun tərəfində heç bir anlaşılmazlıq yoxdur. Ukrayna sərhədinə yaxın bir rus bölməsi Ukrayna sərhədindən keçərsə, bu işğal olacaq".

InterPress.ge xəbər verir ki, 
ABŞ prezidenti Go Bayden dünən verdiyi açıqlamaya aydınlıq gətirib.

"Heç kəs şübhə edə bilməz ki, Putin bu seçimi edərsə, ağır şəkildə cavab verməli olacaq", - Bayden qeyd edib.

"Ukraynanın xarici işlər naziri bu gün səhər bizim dəstəyimizə və hazırlığımıza ümid etdiyini və buna haqqının olduğunu söylədi", - Bayden deyib.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Go Bayden yanvarın 19-da keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya “Ukraynaya təcavüz edərsə məsuliyyət daşıyır və bu, onun nə etməsindən asılıdır”. O, həmçinin əlavə edib ki, əgər bu, “kiçik işğal” olarsa, Qərb ölkələri hansı addımları atıb- atmayacağı barədə müzakirə aparmalı olacaqlar.

Bizimlə əlaqə saxlayın